18 iyun 2025. Çərşənbə

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olundu


Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olundu

İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya yığmasının baş məşqçisi təyin olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası "X" sosial şəbəkəsində (əvvəlki Twitter) rəsmi açıqlama yayıb.

Hazırda İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edən Ançelotti mövsüm başa çatdıqdan sonra Braziliya millisindəki vəzifəsinin icrasına başlayacaq.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodrigez təyinatla bağlı fikirlərini bölüşüb:

“Karlo Ançelottini Braziliya millisinə gətirmək strateji addımdan daha artıqdır. Bu, dünyanın ən yüksək pillələrində yer almaq istəyimizi nümayiş etdirir. O, futbol tarixinin ən böyük məşqçilərindən biridir və bir çox nəhəng klublara rəhbərlik edib. İnanırıq ki, birlikdə Braziliya futbolunun tarixində yeni və şanlı səhifələr yazacağıq.”

Ançelotti 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Ekvador və Paraqvayla keçirəcəyi oyunlarda komandanın başında olacaq. Bu görüşlər müvafiq olaraq 6 və 11 iyun tarixlərində baş tutacaq.







Dünya çempionatı

Harri Keyn karyerasında 450-ci qolunu vurdu
  • Dünya çempionatı
  • 02:27 08.06.2025
Harri Keyn karyerasında 450-ci qolunu vurdu