14 dekabr 2025. Bazar günü

"Hörmət görmədiyim yerdə qalmaram"


"Hörmət görmədiyim yerdə qalmaram"

İtaliya millisinin baş məşqçisi Can Pyerro Qasperini bazar günü müdafiəçi Françesko Açerbinin yığmaya çağırışdan imtina etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "İnter"in futbolçusu bu qərarı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Bu, çətin qərardır, çünki milli komandanın formasını geyinmək mənim üçün həmişə şərəf və qürur olub. Lakin son hadisələr fonunda bu yolda sakit şəkildə irəliləmək üçün artıq şəraitin olmadığını düşünürəm. Özümə bəraət qazandırmaq istəmirəm, amma hörmət tələb edirəm. Əgər komandanın başında duran şəxs tərəfindən bu hörmət göstərilmirsə, bir kənara çəkilməyə üstünlük verirəm. Mən çağırışa yapışanlardan deyiləm. Əgər orada həqiqətən istənilmədiyimi görürəmsə, artıq həmin layihənin bir hissəsi olmadığım aydındır."

Təcrübəli müdafiəçi, bu qərarının "İnter"in Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesablı məğlubiyyəti ilə əlaqəli olmadığını da əlavə edib və İtaliya millisinə uğurlar arzulayıb.

Qeyd edək ki, İtaliya yığması iyun ayında 2026 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Norveç və Moldova ilə qarşılaşacaq.

 

 

 

 







Dünya çempionatı

"Zirə"nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 12:06 14.12.2025
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”