4 iyul 2026. Şənbə

“Ançelottinin Braziliya millisinə gəlməsi bizə böyük ümid verir”


“Ançelottinin Braziliya millisinə gəlməsi bizə böyük ümid verir”

Keçmiş braziliyalı hücumçu Aleksandre Pato tanınmış italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın "pianetamilan.it"ə istinadən yaydığı məlumata görə, Pato, “Milan”dakı illərində birgə çalışdığı Ançelottinin bu vəzifəyə gəlməsindən məmnunluğunu gizlətməyib.

“Təyinat xəbərini eşidən kimi dərhal onu təbrik etdim. Bu, biz braziliyalılar üçün böyük ümiddir. Karlo Ançelotti dünyanın ən yaxşı məşqçisidir. Ümid edirik ki, o, milli komandamızı yenidən qələbə yoluna qaytaracaq”.

Qeyd edək ki, Ançelotti daha əvvəl “Real Madrid”də çalışıb və böyük klub təcrübəsinə malikdir. Braziliya millisinin sonuncu dünya çempionluğu isə 2002-ci ilə təsadüf edir. Bu təyinatla futbol ictimaiyyəti “seleçao”nun növbəti uğurlarına ümid bəsləyir.







Dünya çempionatı

Misir Avstraliyanı penaltilərdə məğlub etdi
  • Dünya çempionatı
  • 00:59 04.07.2026
Misir Avstraliyanı penaltilərdə məğlub etdi
Almaniya millisi Yurgen Kloppa tapşırılır
  • Dünya çempionatı
  • 22:43 03.07.2026
Almaniya millisi Yurgen Kloppa tapşırılır
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
  • Dünya çempionatı
  • 10:23 03.07.2026
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
Naqelsmann Almaniya millisindən ayrıldı
  • Dünya çempionatı
  • 10:00 03.07.2026
Naqelsmann Almaniya millisindən ayrıldı