1 oktyabr 2026. Cümə axşamı

Daha üç milli komanda dünya çempionatına vəsiqə qazandı


Daha üç milli komanda dünya çempionatına vəsiqə qazandı

2026-cı il dünya çempionatının seçmə mərhələsinin növbəti oyun günündən sonra daha üç milli komanda – Özbəkistan, Cənubi Koreya və İordaniya mundiala vəsiqəni təmin edib.

90deqiqe.Az xəbər verir ki, beləliklə, dünya çempionatında iştirak edəcək yığmaların sayı 10-a çatıb.

Turnirdə iştirak edəcək komandalar bunlardır: Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya və İordaniya.

Qeyd edək ki, Özbəkistan və İordaniya milliləri ilk dəfə olaraq dünya çempionatında çıxış edəcəklər.

Xatırladaq ki, 2026-cı ildə keçiriləcək mundialda ümumilikdə 48 komanda mübarizə aparacaq. Qalan 38 vəsiqənin taleyi isə növbəti mərhələlərdə – fərqli zonalarda keçiriləcək seçmə oyunlarla müəyyənləşəcək.

Hazırda dünya çempionu statusunu Argentina yığması daşıyır.

 

 







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər