1 oktyabr 2026. Cümə axşamı

İngiltərə və Niderlanddan qələbə


İngiltərə və Niderlanddan qələbə

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III turun növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, G, H, K qruplarında ümumilikdə altı görüş baş tutub.

G qrupunda Malta doğma meydanda Litva ilə üz-üzə gəlib və bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.

Niderland millisi isə səfərdə Finlandiya üzərində inamlı qələbə qazanıb.

H qrupunda Bosniya və Herseqovina doğma meydanda San Marinonu sınağa çəkib və minimal hesabla qalib gəlib. Avstriya isə doğma azarkeşləri önündə Rumıniya üzərində çətin qələbəyə sevinib.

K qrupunda İngiltərə səfərdə Andorranın qonağı olub və rəqibi üzərində minimal hesablı qələbə qazanıb. Albaniya isə Serbiyanı sınağa çəkib və bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.

DÇ-2026, seçmə mərhələIII tur

G qrupu

Malta - Litva - 0:0
Finlandiya - Niderland - 0:2

Xal durumu: Polşa - 6, Finlandiya - 4, Niderland - 3, Litva -2, Malta - 1.

H qrupu

Bosniya və Herseqovina - San Marino - 1:0
Avstriya - Rumıniya - 2:1

Xal durumu: Bosniya və Herseqovina -9, Rumıniya - 3 , Kipr - 3, Avstriya - 3, San Marino - 0.

K qrupu

 Andorra - İngiltərə - 0:1
 Albaniya - Serbiya - 0:0

Xal durumu: İngiltərə - 9, Albaniya - 4, Latviya - 3, Serbiya - 1, Andorra - 0.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər