26 mart 2026. Cümə axşamı

"Qriliş dünya çempionatına yalnız bir şərtlə gedə bilər”


"Qriliş dünya çempionatına yalnız bir şərtlə gedə bilər”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Mançester Siti”nin futbolçusu Cek Qrilişlə ciddi söhbət aparıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin iddiasına görə, Tuxel Qrilişi yalnız bir halda 2026-cı il dünya çempionatının heyətinə daxil edəcək. Bunun üçün futbolçu avrokuboklarda çıxış edən aparıcı klublardan birinə transfer olunmalı və yeni komandasında oyun praktikasını artırmalıdır. Baş məşqçi hesab edir ki, yalnız bu halda Qriliş öz formasını bərpa edə və yığma üçün faydalı ola bilər.

Qeyd edək ki, ötən mövsüm Qriliş gözləntiləri doğrultmamış və “Mançester Siti” rəhbərliyi yay transfer dönəmində onunla yolları ayırmaq ehtimalını nəzərdən keçirmişdi.

Xatırladaq ki, Cek Qrilişin adı bu ay keçiriləcək klublarası dünya çempionatında da “Mançester Siti”nin iştirak edəcək heyətində yoxdur. Baş məşqçi Xosep Qvardiolanın bu qərarı futbolçunun hazırkı durumundan narazı qalması ilə əlaqələndirilir.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"