2 oktyabr 2026. Cümə

“Neymarı DÇ-2026-da Braziliyanın əsas fiquruna çevirməyi planlaşdırırıq”


“Neymarı DÇ-2026-da Braziliyanın əsas fiquruna çevirməyi planlaşdırırıq”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı ildə keçiriləcək dünya çempionatında Neymarı komandanın əsas fiquruna çevirməyi planlaşdırdıqlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Ge Globo” italiyalı çalışdırıcının dediklərini belə çatdırıb.

“Təbii ki, onunla danışdım. Neymar bizim yığmamız və dünya çempionatı üçün çox vacib futbolçudur. O, hazırlığını tamamlamalıdır və bunu etmək üçün vaxtı var. Bizim onu Braziliyanın əsas oyunçusuna çevirmək üçün aydın planımız var”

Təcrübəli mütəxəssis milli komandanın 10 nömrəli formasını da şərh edib: “Bu nömrənin Braziliya üçün böyük mənası var. O, başqa bir oyunçuya keçə bilər. Komandamızda bu nömrəyə layiq olan çoxlu futbolçular var”.

Qeyd edək ki, Neymar son illərdə tez-tez yaşadığı zədələr səbəbindən sabit çıxış edə bilmir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər