29 iyun 2026. Bazar ertəsi

"2026 Dünya Çempionatının püşkü dekabrın 5-də atılacaq"


"2026 Dünya Çempionatının püşkü dekabrın 5-də atılacaq"

ABŞ Prezidenti Donald Tramp Oval Kabinetdən 2026-cı il Dünya Çempionatı ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, Tramp, dünya çempionatının  püşkatmasının dekabrın 5-də, Vaşinqtondakı Kennedi İcra Mərkəzində keçiriləcəyini bildirib..

Turnir ABŞ, Kanada və Meksikada təşkil olunacaq və 48 milli komandadan ibarət olacaq. Komandalar 12 qrupda, hər qrupda dörd komanda olmaqla bölünəcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yerdə olan səkkiz ən yaxşı komanda playout mərhələsinə vəsiqə qazanacaq.

Bundan əlavə, 2026-cı il Dünya Çempionatında yeni mərhələ – 1/16 final da tətbiq ediləcək.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi