1 oktyabr 2026. Cümə axşamı

Neymar zədələndi - Braziliya millisinin oyunlarını buraxa bilər


Neymar zədələndi  - Braziliya millisinin oyunlarını buraxa bilər

“Santos”un hücumçusu Neymar zədə səbəbindən Braziliya millisinin qarşıdakı oyunlarını buraxa bilər.

90deqiqe.Az-ın "O Globo"ya istinadən məlumatına görə, futbolçu ötən gün məşq zamanı ağrı hiss edib və gəzərkən də narahatlıq yaşadığını bildirib. Bunun ardından Neymar yalnız fərdi şəkildə idman zalında çalışıb. Klub artıq hücumçunun durumunu milli komandanın məşqçilər heyətinə çatdırıb.

Ulduz futbolçunun yığmanın düşərgəsində əlavə tibbi müayinədən keçməsi istisna olunmur, lakin bunun ehtimalı azdır. Baş məşqçi Karlo Ançelotti yaxın vaxtlarda sentyabrda keçiriləcək dünya çempionatının seçmə mərhələsi üçün heyəti açıqlayacaq.

Qeyd edək ki, Neymar son dəfə Braziliya millisinin heyətində 2023-cü ilin oktyabrında meydana çıxıb. Cənubi Amerika təmsilçisi seçmə mərhələdə sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər