29 iyun 2026. Bazar ertəsi

Braziliya millisinin sentyabr oyunları üçün heyəti açıqlanıb


Braziliya millisinin sentyabr oyunları üçün heyəti açıqlanıb

Braziliya milli komandası 2026 Dünya Çempionatı seçmə mərhələsinin sentyabr oyunları üçün yekun heyətini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, millinin baş məşqçisi Karlo Ançelotti siyahıya 25 futbolçu daxil edib:

Qapıçılar:
Alison Beker (“Liverpul”), Bento (“Əl-Nasr”), Uqo Nogeira (“Korintians”).

Müdafiəçilər:
Uesli Fransa (“Roma”), Vanderson (“Monako”), Aleks Sandro (“Flamengo”), Kayyo Enrike (“Monako”), Duqlas Santos (“Zenit”), Qabriel Maqalyans (“Arsenal”), Markinyos (“PSJ”), Aleşandro (“Lill”), Fabrisio Bruno (“Flamengo”).

Yarımmüdafiəçilər:
Andrey Santos (“Strasburq”), Bruno Qimarayns (“Nyukasl Yunayted”), Kazemiro (“Mançester Yunayted”), Joelinton (“Nyukasl Yunayted”), Lukas Paketa (“Vest Hem Yunayted”).

Hücumçular:
Estevao Vilyan (“Çelsi”), Qabriel Martinelli (“Arsenal”), Kayyo Jorje (“Kruzeiro”), Luis Enrike (“Zenit”), Mateus Kunya (“Mançester Yunayted”), Rafinya (“Barselona”), Riçarlison (“Tottenhem Hotspur”), Joao Pedro (“Çelsi”).

Braziliya yığması seçmə mərhələdə sentyabrın 5-də Çili, sentyabrın 10-da isə Boliviya ilə qarşılaşacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi