4 fevral 2026. Çərşənbə

DÇ-2026: İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı


DÇ-2026: İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransa milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Arnar Qunnlauqsson D qrupu çərçivəsində sentyabrın 5-də Reykyavikdə Azərbaycan, 9-da isə Parisdə Fransa millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.  

Qapıçılar: Elias Rafn Olafsson ("Midtyulland", Danimarka), Hakon Rafn Valdimarsson ("Brentford", İngiltərə), Anton Ari Eynarsson ("Breydablik");

Müdafiəçilər: Loqi Tomasson ("Samsunspor", Türkiyə), Daniel Leo Qretarsson ("Syenneryuske", Danimarka), Aron Einar Qunnarsson ("Al Qarafa", Qətər), Sverrir İnqi İnqason ("Panatinaikos", Yunanıstan), Viktor Palsson ("Horsens", Danimarka), Byarki Steinn Byarkason ("Venetsiya", İtaliya);  

Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson ("Cenoa"), Gisli Tordarson ("Lex", Polşa), İsak Berqmann Yohannesson ("Köln", Almaniya), Torir Yohann Helqason ("Leççe", İtaliya), Stefan Teytur Tordarson ("Preston", İngiltərə), Hakon Arnar Haraldsson ("Lill", Fransa), Kristian Hlinsson ("Tvente", Niderland), Villum Tor Villumsson ("Birmingem", İngiltərə), Yon Daqur Torsteinsson ("Herta", Almaniya), Mikael Nevill Anderson ("Yurqorden", İsveç);  

Hücumçular: Albert Qudmundsson ("Fiorentina"), Saevar Atli Maqnusson ("Brann", Norveç), Andri Qudyonsen ("Gent", Belçika), Orri Oskarsson ("Real Sosyedad", İspaniya), Daniel Qudyonsen ("Malmö", İsveç).   Qeyd edək ki, İslandiya - Azərbaycan qarşılaşması sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də "Lauqardalsvollur" stadionunda keçiriləcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı