1 oktyabr 2026. Cümə axşamı

Aleksandr İsak İsveç yığmasının heyətinə çağırılıb


Aleksandr İsak İsveç yığmasının heyətinə çağırılıb

“Nyukasl”ın hücumçusu Aleksandr İsak İsveç millisinin 2026-cı il dünya çempionatının seçmə oyunları üçün açıqlanan heyətinə daxil edilib.

90deqiqe.Az-ın məlumatına görə, komanda sentyabr ayında Sloveniya və Kosovo ilə qarşılaşacaq.

Məlumata görə, futbolçuya maraq göstərən klublar arasında “Liverpul” da var. Mersisayd təmsilçisi İsakın transferi üçün təxminən 139 milyon avro ödəməyə hazırdır.

Hazırda 24 yaşlı hücumçu fərdi qaydada məşq edir. O, yay hazırlıq toplanışında “Nyukasl”la birgə iştirakdan imtina edib.

Xatırladaq ki, İsak ötən mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxaraq 27 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər sayəsində o, komandanın hücum xəttində aparıcı futbolçuya çevrilib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər