26 mart 2026. Cümə axşamı

Türkiyə yığmasının DÇ-2026 seçmə mərhələsi üçün heyəti açıqlanıb


Türkiyə yığmasının DÇ-2026 seçmə mərhələsi üçün heyəti açıqlanıb

Türkiyə milli komandasının DÇ-2026 seçmə mərhələsində Gürcüstan və İspaniya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yığmanın baş məşqçisi Vinçenso Montella, 28 futbolçuya dəvət göndərib.

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Berke Özer (“Lill”, Fransa ), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”).

Müdafiəçilər: Abdülkərim Bardakçı, Eren Elmalı ( hər ikisi “Qalatasaray”), Çağlar Söyüncü, Yusuf Akçiçək, Mərt Müldür ( hamısı “Fənərbağça”), Fərdi Kadıoğlu (“Brayton”, İngiltərə), Merih Demiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samət Akaydın (“Rizəspor”), Zeki Çelik (“Roma”, İtaliya).

Yarımmüdafiəçilər: Orkun Kökçü, Dəmir Ege Tıknaz (“Beşiktaş”), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmail Yüksək (“Fənərbağça”), Kaan Ayhan, Yunus Akgün (“Qalatasaray”), Salih Özcan (“Borussiya Durtmund”, Almaniya), Arda Gülər (“Real Madrid”, İspaniya), İrfan Can Kahvəçi, Oğuz Aydın (“Fənərbağça”), Kənan Yıldız (“Yuventus”, İtaliya), Kərəm Aktürkoğlu (“Benfika”, Portuqaliya).

Hücumçular: Barış Alpər Yılmaz (“Galatasaray”), Can Uzun (“Ayntraxt”, Almaniya), Dəniz Gül (“Ştuttqart”, Almaniya).

Qeyd edək ki, Türkiyə milli komandası sentyabrın 4-də səfərdə Gürcüstan, 7-də isə evdə İspaniya seçməsi ilə qarşılaşacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"