1 oktyabr 2026. Cümə axşamı

Neymar Braziliya millisindən kənarda qalmasına münasibət bildirdi


Neymar Braziliya millisindən kənarda qalmasına münasibət bildirdi

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar 2026 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Çili və Boliviya ilə oyunlar üçün milli komandaya çağırılmamasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin açıqlamalarına reaksiya verən Neymar "ESPN"ə deyib:

"Ayaq əzələsində şişlik vardı. Bu xoşagəlməz idi, amma ciddi bir şey yox idi, hətta bu gün oynadım. 'Baya' ilə matçda meydanda ola bilmədim [cəzalı olduğum üçün]. Klubda isə mənim məşqlərə çıxmamağım qərara alındı ki, bərpa olum.

Düşünürəm ki, milli komandadan məni texniki səbəblərlə kənarlaşdırıblar, bu, fiziki vəziyyətimlə bağlı deyil. Bu, məşqçinin qərarıdır və onu hörmətlə qəbul edirəm. Komandadan kənarda olsam da, onu kənardan dəstəkləyəcəyəm."







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər