26 mart 2026. Cümə axşamı

“Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər”


“Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər”

AFFA-nın baş katibi Cahangir Fərəcullayev DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı ilə uduzan Azərbaycan millisinin oyunu ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Fərəcullayev bildirib ki, komandanın müdafiədə çox sayda futbolçu ilə çıxış etməsi düzgün olmayıb:

"İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən 6-7 futbolçu ilə müdafiədə oynamamalıydıq."

AFFA rəsmisi əlavə edib ki, futbolçular günahkar deyil, məsuliyyət baş məşqçi Fernandu Santuşdadır:

"Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına və futboluna yanaşması düzgün deyil. İndi matçdan sonrakı açıqlaması maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa verməsə, lazımi tədbirləri görəcəyik."







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"