26 mart 2026. Cümə axşamı

Memfis Depay Niderland yığmasının tarixi bombardiri oldu


Memfis Depay Niderland yığmasının tarixi bombardiri oldu

Niderland millisinin və Braziliya “Korintians” klubunun hücumçusu Memfis Depay Litva ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda hesabı açıb.

90deqiqe.Az-ın məlumatına görə, bu qol onun yığmadakı 104-cü oyununda vurduğu 51-ci top olub. Bununla da Depay Niderland milli komandasının tarixində ən məhsuldar futbolçuya çevrilib. Hazırda görüşdə hesab 2:3-dir.

Daha əvvəl bu göstəriciyə görə rekord “Arsenal” və “Mançester Yunayted”in sabiq hücumçusu Robin van Persiyə məxsus idi. O, 102 matçda 50 qol vurmuşdu.

Qeyd edək ki, Memfis Depay futbol karyerasına “Mordreqt” və Rotterdam “Sparta”sının akademiyalarında başlayıb. Peşəkar futbolda isə ilk olaraq PSV-də çıxış edib. Sonrakı illərdə o, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko”nun da şərəfini qoruyub. Depay 2013-cü ildən Niderland millisinin heyətində çıxış edir.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"