4 fevral 2026. Çərşənbə

“Oyun ürəyimizcə olmadı”


“Oyun ürəyimizcə olmadı”

Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirdikləri 1:1 hesablı oyunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Bakıda keçirilən qarşılaşma ilə bağlı bildirib ki, komanda yaxşı oynaya bilmədiyinə görə xal itirib:]

“Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı oynaya bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks-hücumlara bel bağlayırdı”.

Rebrov nəticədən razı qalmadığını da ifadə edib:

“Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı