4 fevral 2026. Çərşənbə

Kilian Mbappe Tyeri Anrini geridə qoydu


Kilian Mbappe Tyeri Anrini geridə qoydu

Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe İslandiyaya qarşı keçirilən 2026 Dünya Çempionatı seçmə mərhələsinin 2-ci tur oyununda millinin heyətində 52-ci qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə 26 yaşlı futbolçu Fransa millisinin sabiq hücumçusu Tyeri Anrini geridə qoyaraq, komandanın bütün zamanların ən məhsuldar ikinci oyunçusu olub.

Hazırda Fransa millisinin ən məhsuldar futbolçusu rekordu 57 qolla Olivye Jirunun adına aiddir. Qeyd edək ki, 38 yaşlı forvard Avropa Çempionatı 2024-dən sonra milli karyerasını başa vurub.

Mbappe Fransa millisində debütünü 25 mart 2017-ci ildə Dünya Çempionatı 2018-in seçmə mərhələsində Lüksemburqa qarşı etmişdi. Onun millidə ilk qolunu isə həmin ilin 31 avqustunda Niderlandla keçirilən seçmə oyun zamanı vurduğu qeyd olunur.

Mbappenin bu uğuru onun Fransa millisindəki liderliyini və hücum potensialını bir daha təsdiqləyir, həm də gələcək rekorda doğru gedən yolunda vacib bir mərhələdir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı