11 aprel 2026. Şənbə

“Flikin sözləri mənim üçün maraqlı deyil”


“Flikin sözləri mənim üçün maraqlı deyil”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, hazırda “Barselona”ya rəhbərlik edən Hans-Diter Flikin açıqlamalarına münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Sport.es" ispan çalışdırıcının dediklərini belə çatdırıb.

“(Gülümsəyir) Açığı, Flikin nə dediyini bu an xatırlamıram və mənim üçün maraqlı da deyil”

Xatırladaq ki, Flik daha əvvəl “Furya Roxa”nın gənc vinger Lamin Yamalı sentyabr ayında millinin oyunlarında meydana çıxarmasından narazılıq ifadə etmişdi. Alman mütəxəssis futbolçunun həmin dövrdə diskomfort yaşadığını xatırladaraq, onun riskə atılmasını düzgün hesab etməmişdi.

Əlavə edək ki, Lamin Yamal İspaniya millisindən qayıtdıqdan sonra “Barselona” klubunun rəsmi məlumatında 18 yaşlı hücumçunun qasıq nahiyəsindən zədələndiyi açıqlanmışdı. Cari mövsümdə Yamal La Liqada üç oyunda iştirak edib, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı