1 oktyabr 2026. Cümə axşamı

“Budyo-Qlimt”in qapıçısı İsrail millisində çıxış edə bilər


“Budyo-Qlimt”in qapıçısı İsrail millisində çıxış edə bilər

İsrail milli komandası “Budyo-Qlimt” klubunun rusiyalı qapıçısı Nikita Xaykini təbii yolla vətəndaşlıq alması üçün dəvət etməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın "Walla"ya istinadən məlumatına görə, İsrail yığmasının rəhbərliyi qapıçılarının oyun vaxtının az olması və formalarının zəifliyi ilə bağlı narahatdır. Dünya çempionatı-2026-nın seçmə mərhələsinin son matçında İsrail qapıçısı Daniel Peretz İtaliya millisinə qarşı 5 qol buraxıb. Bunun nəticəsində federasiya rəhbərliyi hələ seçmə mərhələyə başlamazdan əvvəl nəzərdən keçirilmiş Nikita Xaykinin dəvətini gündəmə gətirib.

Buna baxmayaraq, qapıçının özü Norveç vətəndaşlığı alıb bu ölkə millisində oynamaq istədiyini bildirib.

Xatırladaq ki, Nikita Xaykin Rusiyanın gənclər millisində iki matç keçirib, əsas komandaya dəvət alıb, lakin hələ orada rəsmi oyuna çıxmayıb.

Cari mövsümdə qapıçı bütün turnirlərdə 26 oyuna çıxaraq 26 qol buraxıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər