29 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan və Özbəkistan 2027-ci il dünya çempionatına ev sahibliyi edəcək


Azərbaycan və Özbəkistan 2027-ci il dünya çempionatına ev sahibliyi edəcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2027-ci ildə 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistanda təşkil olunacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, qərar bu gün İsveçrənin Sürix şəhərində keçirilən FİFA Şurasında qəbul edilib.

Hazırda Çilidə U-20 dünya çempionatı keçirilir; turnir sentyabrın 27-də başlayıb və final oktyabrın 19-da oynanacaq.

Özbəkistan Futbol Assosiasiyasının açıqlamasında bildirilir:
“Son illərdə ölkəmiz bir çox böyük beynəlxalq yarışların keçirilməsi üzrə zəngin təcrübə toplayıb. 2027-ci ildə dünyanın ən istedadlı gənc futbolçuları Özbəkistan və Azərbaycanda U-20 dünya çempionatında bir araya gələcəklər. Ölkəmiz, həmişə olduğu kimi, qonaqpərvərliyi, peşəkarlığı, futbola bağlılığı və əlbəttə ki, azarkeşlərinin sevgisi ilə bütün dünyanı heyran etməyə hazırdır.”







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər