30 iyun 2026. Çərşənbə axşamı

Deşam Poqbanın Fransa millisinə mümkün qayıdışı ilə bağlı danışıb


Deşam Poqbanın Fransa millisinə mümkün qayıdışı ilə bağlı danışıb

Fransa milli komandasının baş məşqçisi Didye Deşam "Monako"nun yarımmüdafiəçisi Pol Poqbaya komandaya qayıdışı barədə danışıb.

90deqiqe.Az-ın "Goal.com"a istinadən məlumatına görə, Deşam, Poqbanın yenidən futbolçu olmağa yaxınlaşdığını bildirib:

"O, futbolçu olmaq üçün daha da yaxındır. Milli komandaya qayıtması ilə bağlı heç bir şübhəm yoxdur, bu, onun məqsədidir. Lakin əvvəlcə bir neçə mərhələdən keçməlidir.

Birinci mərhələ - "Monako"da meydana çıxmaqdır. Ümid edirəm, buna nail ola biləcək. Bu, onun üçün vacib bir addım və böyük bir sevinc olacaq.

Sonrasını isə zaman göstərəcək. Əgər indi 'bəli' desəm, hamı düşünəcək ki, o artıq geri qayıdıb. 'Xeyr' desəm, hamı məni axmaq hesab edəcək. Buna görə də ən yaxşısı, ona ilk mərhələni uğurla keçməyi arzulamaqdır"

Xatırladaq ki, Pol Poqba bu ilin yayında "Monako" ilə sərbəst agent kimi müqavilə imzalayıb. Fransalı futbolçu dopinq qalmaqalı səbəbindən uzun müddət cəzalandırılmışdı.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"