26 mart 2026. Cümə axşamı

“İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazanmaq şansı 90 faizdir”


“İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazanmaq şansı 90 faizdir”

“Yuventus”, “Parma” və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon öz ölkəsinin milli komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şanslarından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Goal.com" keçmiş futbolçunun dediklərini belə çatdırıb.

“Düşünürəm ki, biz 90 faiz ehtimalla pley-off mərhələsinə yüksələcəyik. Qalan oyunlarda son vaxtlar göstərdiyimiz müsbət məqamları nümayiş etdirməliyik. İnsanların və medianın bizə inamı vacibdir — biz futbola olan bağlılığımızı göstərməliyik”

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində İtaliya yığması keçirdiyi dörd oyundan sonra 9 xal toplayaraq qrupda ikinci pillədə qərarlaşıb. Beş oyunda 15 xal toplayan Norveç millisi isə qrup lideridir.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"