29 sentyabr 2026. Çərşənbə axşamı

“Mbappenin sağlamlığı ilə bağlı ciddi problem yoxdur”


“Mbappenin sağlamlığı ilə bağlı ciddi problem yoxdur”

Fransa milli komandasının baş məşqçisi Didye Deşam “Real” (Madrid) hücumçusu Kilian Mbappenin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla oyun öncəsi vəziyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Onunla danışdım. Buradadır — kiçik bir problemi var, amma bu, onun gəlməsinə mane olacaq bir şey deyil. Tibbi heyətlə birlikdə vəziyyəti qiymətləndirmək üçün vaxt ayıracağıq, sonra isə hadisələrin necə inkişaf edəcəyinə baxacağıq"

Qeyd edək ki, 26 yaşlı forvard “Real”ın “Vilyarreal” (3:1) ilə keçirdiyi oyunda ayaq biləyinin bağlarında kiçik dartılma yaşamışdı. 26 yaşlı hücumçu qol vurduqdan bir müddət sonra meydanı tərk edərək birbaşa soyunma otağına yollanmışdı.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər