26 mart 2026. Cümə axşamı

“Rabyo indi ən yaxşı formadadır”


“Rabyo indi ən yaxşı formadadır”

Fransa milli komandasının baş məşqçisi Didye Deşam 30 yaşlı fransalı yarımmüdafiəçi Adrien Rabyonun “Marsel”dən “Milan”a transferini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" çalışdırıcının dediklərini belə çatdırıb.

“Psixoloji və idman baxımından Adrien indi ən yaxşı formadadır, çünki klubunda bir neçə oyun keçirib və onları əla şəkildə oynayıb. Hazırda ‘Milan’da o, bir qədər fərqli sistemdə çıxış edir, amma mən ondan nə gözlədiyimi bilir. O, sentyabrda komandamıza qoşulduqda iki həftə oynamamışdı. İndi vəziyyət həm onun, həm də bizim üçün yaxşıdır”

Qeyd edək ki, 15 avqust tarixində “Marsel”–“Ren” matçından sonra komandanın soyunma otağında Adrien Rabyo ilə Jonatan Rou arasında mübahisə baş vermişdi. Hər iki oyunçu klub tərəfindən satış siyahısına daxil edilib — İngiltərəli Rou “Bolonya”ya keçərkən, Rabyo karyerasını “Milan”da davam etdirib.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"