14 may 2026. Cümə axşamı

Ceyms İngiltərə millisinin oktyabr oyunlarında iştirak etməyəcək


Ceyms İngiltərə millisinin oktyabr oyunlarında iştirak etməyəcək

“Çelsi”nin kapitanı Riss Ceyms 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabr ayında keçiriləcək oyunlarda İngiltərə millisi üçün meydana çıxmayacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

“Niko O’Rayli İngiltərə millisində yer alıb, Riss Ceyms isə zədəsi səbəbindən komandamızın oyunlarında iştirak etməyəcək”, — deyə açıqlamada bildirilib.

Oktyabrın 9-da İngiltərə yığması yoldaşlıq görüşündə Uels millisi ilə “Uembley” stadionunda qarşılaşacaq. 14 oktyabrda isə milli komanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Latviyaya səfərdə oyun keçirəcək.

Cari mövsümdə 25 yaşlı Riss Ceyms “Çelsi” üçün 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı