26 mart 2026. Cümə axşamı

Joau Neveş Portuqaliya millisinin heyətindən kənarlaşdırıldı


Joau Neveş Portuqaliya millisinin heyətindən kənarlaşdırıldı

PSJ-nin yarımmüdafiəçisi Joau Neveş Portuqaliya milli komandasının heyətindən kənarlaşdırılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

Açıqlamada bildirilir ki, 21 yaşlı oyunçu sağlamlıq problemləri səbəbindən komandaya yaxın oyunlarda kömək edə bilməyəcək. Neveş millinin formasında 18 oyun keçirib, lakin hələ məhsuldar hər hansı göstəricisi yoxdur.

Qeyd edək ki, Portuqaliya milli komandası 11 oktyabrda evdə İrlandiya yığması ilə DÇ-2026-nın seçmə mərhələsinin 3-cü tur matçında qarşılaşacaq. 14 oktyabrda isə Roberto Martinesin rəhbərlik etdiyi kollektiv Macarıstan millisini qəbul edəcək. Hər iki oyun Moskva vaxtı ilə saat 21:45-də başlayacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"