29 iyun 2026. Bazar ertəsi

Leonardo Spinatszola İtaliya millisinin heyətinə çağırıldı


Leonardo Spinatszola İtaliya millisinin heyətinə çağırıldı

“Napoli”nin cinah müdafiəçisi Leonardo Spinatszola 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün İtaliya milli komandası heyətinə çağırılıb.

90deqiqe.Az "Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Spinatszola “Skuadra Adzurra”ya həmkarı Matteo Politano yerinə daxil edilib. Politano ötən həftəsonu “Cenoa” ilə oyunda (2:1) zədələnmişdi.

Qeyd edək ki, oktyabrda İtaliya milli komandası seçmə mərhələdə iki görüş keçirəcək. Cennaro Qattuzo rəhbərliyindəki komanda oktyabrın 11-də Estoniya, 14-də isə İsrail yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi