- Dünya çempionatı
- 15:17 06.12.2025
Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında önəmli açıqlamalar verib.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı hücumçu qarşıdakı matçla bağlı fikirlərini bildirərkən, İslandiya ilə oynanacaq oyuna yönəlmədən əvvəl Azərbaycanla matça ciddi yanaşacaqlarını vurğulayıb:
“İslandiya ilə oyuna nəzər yetirməzdən əvvəl Azərbaycanla matçda qələbə qazanmalıyıq. Hər bir qarşılaşmanın öz reallığı var və biz sabah bu matçı qazanmalıyıq.”
Mbappe, Azərbaycan millisinin son turda Ukrayna ilə heç-heçə etməsini xüsusilə qeyd edərək bildirib ki, bu oyunun İslandiya ilə qarşılaşmadan az önəmli olmadığını vurğulayıb:
“Bu matç bizim üçün İslandiya ilə qarşılaşma qədər vacibdir. Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır və bu vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq.”
Meydana çıxmağa hazır olduğunu bildirən Mbappe istənilən komandaya qol vurmaq potensialına sahib olduğunu deyib:
“Mən sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Hər hansı ciddi problem gözləmirəm. Özümü yaxşı hiss edirəm və bu gün məşq edəcəyəm. Bu, oyunöncəsi son hazırlığımız olacaq. Xüsusi narahatlığım yoxdur.”
Qeyd edək ki, oktyabrın 10-da, Fransa millisi Azərbaycan ilə qarşılaşacaq. Oyunun "Park de Prens" stadionunda keçiriləcəyi və Bakı vaxtı ilə saat 22:45-də başlanacağı bildirilir.