6 dekabr 2025. Şənbə

"Azərbaycanın müdafiəsində "Qarabağ"ın rolu böyükdür"


"Azərbaycanın müdafiəsində "Qarabağ"ın rolu böyükdür"

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında önəmli açıqlamalar verib.

90deqiqe.Az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis, rəqib komandanın Ukrayna ilə son oyunda qazandığı nəticəni (1:1) yüksək qiymətləndirərək, Azərbaycan futbolçularının milli ruhunun çox güclü olduğunu bildirib:

"Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçuların Ukrayna ilə son ev oyununda qazandıqları nəticə (1:1) sayəsində milli ruhları yüksəkdir. Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar."

Deşam, komandalarının müdafiə bölgəsini diqqətlə qoruyacaq və Azərbaycan yığmasının müdafiəsini yarmaq üçün həll yolları tapmağa çalışacaqlarını qeyd edib:

"Meydana 100 faiz qələbə qazanacağıq düşüncəsi ilə çıxmamalıyıq. Azərbaycan heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan "Qarabağ"ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdafiəni yarmaq üçün həll yolları tapmalıyıq."

Fransa yığmasının baş məşqçisi, hazırda yalnız Azərbaycan millisi ilə qarşılaşmanı düşündüyünü və oyunçuların hamısının meydana hazır olduğuna diqqət çəkib:

"Əvvəldən eyni oyunçuları meydana buraxmaq fikrində deyiləm. Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər."

Qeyd edək ki, oktyabrın 10-da, Fransa ilə Azərbaycan arasında baş tutacaq qarşılaşma "Park de Prens" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.







Dünya çempionatı

“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
"Biz milyonlarla insanın həyatını xilas etdik"
  • Dünya çempionatı
  • 23:03 05.12.2025
"Biz milyonlarla insanın həyatını xilas etdik"
"FİFA Donald Trampa mükafat verməməlidir"
  • Dünya çempionatı
  • 21:11 05.12.2025
"FİFA Donald Trampa mükafat verməməlidir"