4 fevral 2026. Çərşənbə

"Fransa üçün Azərbaycanla oyun çox çətin olacaq"


"Fransa üçün Azərbaycanla oyun çox çətin olacaq"

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəkləri qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis, Azərbaycanın son oyununda əldə etdiyi nəticəni (1:1) xüsusilə vurğulayaraq, rəqibin milli ruhunun yüksək olduğunu qeyd edib. O, Fransanın qarşısına çıxacaq Azərbaycan futbolçularının ciddi şəkildə oyun göstərəcəklərini bildirib:

“Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycan yığmasının da öz milli ruhu var, xüsusilə onların son nəticəsindən (Ukrayna ilə 1:1) sonra. Onların itirəcəyi heç nə yoxdur, meydanda bütün güclərini ortaya qoyacaqlar. Bizim əsas vəzifəmiz isə onlara təhlükəli vəziyyətlər yaratmağa imkan verməməkdir. Bu, hər zaman asan olmur, amma futbolçularım rəqibi kiçiməyəcəklərini bilirəm.”

Deşam, Fransanın seçmə mərhələdə artıq 6 xal toplamasına baxmayaraq, dünya çempionatı vəsiqəsinin hələ təmin edilmədiyini və bu oyunun mühüm olduğunu qeyd edib:

“Bu 6 xal bizə hələ dünya çempionatına vəsiqə qazandırmır. Hər bir oyun öz əhəmiyyətini daşıyır və biz Azərbaycanla matçda maksimum diqqət etməliyik.”

Xatırladaq ki, Azərbaycan sonuncu turda Ukrayna ilə evdə 1:1 hesablı heç-heçə edib, Fransa isə İslandiyayı 2:1 hesabı ilə məğlub edib.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı