26 mart 2026. Cümə axşamı

"Madriddə özümü daha sakit hiss edirəm"


"Madriddə özümü daha sakit hiss edirəm"

"Real Madrid" və Fransa milli komandasının forvardı Kilian Mbappe Madridə keçidinin ardından özünü daha rahat hiss etdiyini və bunun ona oyununda müsbət təsir etdiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Mbappe, Madridə uyğunlaşma prosesini yaxşı keçirdiyini və burada Parislə müqayisədə həyatın daha sakit olduğunu vurğulayıb:

“Madridə yaxşı uyğunlaşdım. Burada daha sakitəm. Bu, Fransa haqqında tənqid deyil. Sadəcə olaraq, həyatın şərtləri fərqlidir – Madrid daha sakit, hər şey Parisdəki kimi sürətli deyil. Mənə başımı yığmaq və ayaqlarımı bərpa etmək imkanı yarandı.”

Fransız forvard, növbəti Dünya Çempionatı-2026nın seçmə mərhələsində Azərbaycanla keçiriləcək qarşılaşmada startda yer alacağını ümid etdiyini də əlavə edib. O, həmçinin, Fransa millisi ilə mövcud vəziyyətinə toxunaraq, son iki turda 6 xal qazandığını qeyd edib.

Qeyd edək ki, Fransa millisi 10 oktyabr tarixində Bakı vaxtı ilə 22:45-də "Park de Prens" stadionunda Azərbaycan ilə qarşılaşacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"