- Dünya çempionatı
- 20:17 29.01.2026
Fransa millisinin hücumçusu Kilian Mbappe komandada həmkarı olan “Bavariya”nın oyunçusu Maykl Oliseni tərifləyib.
90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu bu barədə mətbuat konfransında bildirib:
“Olişe komandaya çox təbii şəkildə uyğunlaşdı, fransızcası xeyli yaxşılaşıb və öz yerini tapıb. Onun keyfiyyətlərini hamı görür, xüsusilə mərkəz mövqedə oynayanda. O, həmişə irəli getməyə və müdafiə xətlərini aşmağa çalışır. Onunla oynamaq böyük zövqdür.”
Qeyd edək ki, Maykl Olise İngiltərədə anadan olub və futbola orada başlayıb.
Fransa milli komandası hazırda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək ev oyununa – Azərbaycan millisilə qarşılaşmaya hazırlaşır.