30 iyun 2026. Çərşənbə axşamı

“Harri Keyn İngiltərə millisinin uğurunun açarıdır”


“Harri Keyn İngiltərə millisinin uğurunun açarıdır”

İngiltərənin keçmiş məşhur futbolçusu Alan Şirer millinin hücumçusu Harri Keyn haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az "Betfair"ə istinadən xəbər verir ki, sabiq futbolçu bildirib ki, Keyn İngiltərə yığmasının mərkəzi fiqurudur və komandaya böyük əhəmiyyət verir:

“Keyn İngiltərə millisinin açar oyunçusudur. Bütün mövqelər üzrə bir çox namizədimiz var, amma mərkəz hücumçusu mövqeyi üzrə seçimimiz məhduddur. Uatkins var, amma mövsümə uğursuz başladı. Harri son dərəcə vacibdir – bu fakt. Keyn artıq beş-altı il əvvəlki qədər çox qaçmır və oyun komanda onun ətrafında qurulmalıdır. Amma o, dünyanın ən yaxşı, bəlkə də ən yaxşı bombardirlərindən biridir. Onun həm ‘Bavariya’da, həm də millidə statistikası fenomenaldır. Şübhəsiz ki, o, İngiltərə millisinin uğurunun açarıdır.”

Qeyd edək ki, 2025/2026 mövsümündə Keyn 10 oyunda 18 qol vurub.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər