10 aprel 2026. Cümə

“Bizi Fransa qarşısında çox önəmli və gərgin oyun gözləyir”


“Bizi Fransa qarşısında çox önəmli və gərgin oyun gözləyir”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Dünya Çempionatı-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi bildirib ki, Fransa yığması son illərin ən güclü komandalarından biridir və heyətində ulduz futbolçular çıxış edir:

“Fransa yığmasında ulduz futbolçular var. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqib azarkeş dəstəyinə sahib olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalarla oynamaq özü böyük motivasiyadır.”

Abbasov futbolçuların məşqlərə həvəslə yanaşmasının sevindirici olduğunu qeyd edib və əlavə edib ki, bu tip matçlar gənc oyunçular üçün özlərini göstərmək və gələcək uğurlar qazanmaq baxımından önəmlidir:

“Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olursa-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik.”

Qeyd edək ki, Fransa – Azərbaycan oyunu oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı