- Dünya çempionatı
- 22:53 04.12.2025
“Lill”in hücumçusu Olivye Jiru Fransa millisində yenidən çıxış etmək ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “RMC Sport” 39 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Milli komandaya qayıtmaq kimi bir arzum yoxdur, mənə göstərilən hörmət kifayət qədər böyük idi. Mənim geri dönməyim üçün, demək olar ki, ‘müharibə’ olmalıdır. Hazırda beş hücumçu var və baş məşqçi məni çağırmır. O, başa düşür ki, mən artıq bu səhifəni çevirmişəm. Əgər hansısa oyunda kömək etmək lazım gələrsə, bunu rədd etmək mənim xarakterimə uyğun deyil, baxmayaraq ki, milli karyeramı başa vurduğumu açıqlamışam. Komandaya kömək etmək zərurəti yaranarsa, buna hazıram”
Qeyd edək ki, Olivye Jiru Fransa millisinin heyətində 137 oyun keçirib və 57 qol vurub. Fransalı futbolçu, 2018-ci ilin dünya çempionu, 2022-ci ilin dünya çempionatının gümüş mükafatçısı, 2016-cı ilin Avropa çempionatının finalçısı və 2024-cü ilin Avropa çempionatının bürünc medalçısıdır.