15 avqust 2026. Şənbə

Mak Allister DÇ-2026 üçün favoritlərinin adlarını açıqladı


 Mak Allister DÇ-2026 üçün favoritlərinin adlarını açıqladı

“Liverpul” və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister 2026-cı ilin dünya çempionatı üzrə favoritləri barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, “TyCSports” futbolçunun dediklərini belə çatdırıb.

“İspaniya, Fransa və Argentina – əsas namizədlərdir. Braziliyanı da siyahıya əlavə etmək olar. Onlar geri dönürlər, baxmayaraq ki, bəlkə də hazırda ən yaxşı formada deyillər”

Qeyd edək ki, DÇ-2026 gələn yay ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 komanda mübarizə aparacaq, onlardan 20-si artıq məlumdur. Hazırkı dünya çempionu isə Argentina millisidir.







Dünya çempionatı