1 oktyabr 2026. Cümə axşamı

Ukrayna – Azərbaycan oyununu avstriyalı hakimlər idarə edəcək


Ukrayna – Azərbaycan oyununu avstriyalı hakimlər idarə edəcək

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna – Azərbaycan oyunu avstriyalı hakimlər briqadasına həvalə olunub.

90deqiqe.Az xəbər verir ki, matçın baş hakimi Sebastyan Qisxamer olacaq. Ona yan xətdə Roland Riedel və Santino Şrayner köməklik göstərəcəklər. Görüşün dördüncü hakimi Valter Altmann təyin edilib. VAR sisteminə isə Manuel Şüttengruber və Kristian-Petro Çokirko nəzarət edəcək.

Qarşılaşma oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.

Qeyd edək ki, D qrupunda üç turdan sonra Fransa 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb, İslandiya 3, Azərbaycan isə 1 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər