29 sentyabr 2026. Çərşənbə axşamı

DÇ-2026: Norveç İsraili darmadağın etdi


DÇ-2026: Norveç İsraili darmadağın etdi

DÇ-2026-nın Avropa seçmə mərhələsinin 7-ci turunda Norveç və İsrail yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, oyun Oslo şəhərindəki “Ullevol” stadionunda keçirilib və baş hakim kimi polşalı Şimon Marçinyak çalışıb. Matç 5:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. 

Oyun gərgin məqamlarla yadda qalıb. Artıq 6-cı dəqiqədə Erlinq Haland penalti zərbəsindən yararlana bilməyib. Lakin 18-ci dəqiqədə İsrail hücumçusu Anan Halaili topu öz qapısına göndərərək hesabı açıb. 27-ci dəqiqədə Haland fərqi artırıb, bir dəqiqə sonra isə İsrailin müdafiəçisi İdan Naçmiasın avtoqolu nəticəsində Norveç üçüncü qolu vurub.

İkinci hissədə də meydan sahibləri üstünlüyünü davam etdirib. 63 və 72-ci dəqiqələrdə fərqlənən Erlinq Haland het-trikə imza ataraq oyunun yekun nəticəsini müəyyənləşdirib – 5:0.

Bu qələbə ilə Norveç seçmə mərhələdə vacib üç xal qazanaraq DÇ-2026 yolunda mövqeyini möhkəmləndirib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər