5 dekabr 2025. Cümə

Erlinq Haland fərdi rekordu yenilədi


Erlinq Haland fərdi rekordu yenilədi

“Mançester Siti” və Norveç millisinin hücumçusu Erlinq Haland DÇ-2026-nın seçmə mərhələsinin 7-ci turunda İsrailə qarşı 5:0 hesablı qələbədə fərqlənərək şəxsi rekordunu yeniləyib.

90deqiqe.Az xəbər verir ki, bu qolla Haland həm klub, həm də milli komandada ardıcıl 10 matçdır ki, fərqlənir.

Sonuncu dəfə Haland qolsuz qaldığı oyun 23 avqustda “Tottenhem Hotspur”la (0:2) matç olub. Ondan sonra o, ümumilikdə 18 qol vurub: Norveç millisində Moldova ilə oyunda 5, İsraillə görüşdə isə het-trik.

Norveçli forvard həmçinin “Monako” ilə Çempionlar Liqası matçında və İngiltərə Premyer Liqasında “Mançester Yunayted” və “Börnli” qarşılaşmalarında dubllar edib. Hər oyunda bir qol isə “Brayton”, “Napoli”, “Arsenal”, “Brentford” və Norveç millisinin Finlandiya ilə oyunlarında vurulub.

Holandın möhtəşəm məhsuldarlıq seriyası onu Avropa futbolunda ən diqqətçəkən hücumçulardan birinə çevirib.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi