26 mart 2026. Cümə axşamı

Erlinq Haland Messi və Ronaldonu geridə qoydu


Erlinq Haland Messi və Ronaldonu geridə qoydu

Norveç millisinin hücumçusu Erlinq Haland DÇ-2026-nın Avropa seçmə mərhələsində İsrail üzərində 5:0 hesablı qələbədə het-trik edərək milli komandadakı qol sayını 51-ə çatdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə 25 yaşlı forvard yalnız 46 oyunda 50+ qol həddinə çataraq fərdi rekordunu yeniləyib.

Qeyd etmək lazımdır ki, digər dünya ulduzları eyni həddi vurmaq üçün daha çox oyun keçirməli olublar:

  • İngiltərə millisinin hücumçusu Harri Keyn – 50 qol üçün 71 oyun

  • Fransa millisinin lideri Kilian Mbappe – 50 qol üçün 90 oyun

  • Polşa millisinin forvardı Robert Levandovski – 50 qol üçün 90 oyun

  • Argentina millisinin kapitanı Lionel Messi – 50 qol üçün 107 oyun

  • Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo – 50 qol üçün 114 oyun

Halandın bu göstəricisi onu milli komanda tarixində ən sürətli 50 qol həddinə çatan futbolçulardan biri edir.

Hazırda Norveç I qrupunda 6 oyunda 18 xalla liderdir, İtaliya və İsraildən 9 xal öndədir. İtaliyanın hələ 2 oyunu qalıb.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"