5 dekabr 2025. Cümə

Norveç İsraili, Türkiyə Bolqarıstanı darmadağın etdi


Norveç İsraili, Türkiyə Bolqarıstanı darmadağın etdi

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, E qrupunda Türkiyə millisi səfərdə Bolqarıstanın qonağı olub və rəqibinə darmadağınla qalib gəlib.

Eyni qrupda yer alan İspaniya isə doğma meydanda Gürcüstanı qəbul edib və inamlı qələbə qazanıb.

F qrupunda Macarıstan seçməsi doğma meydanda Ermənistanı qəbul edib və qələbəyə sevinən tərəf olub. Eyni qrupda yer alan Portuqaliya isə evdə İrlandiya üzərində minimal hesablı qələbə qazanıb.

I qrupunda Norveç millisi evdə İsraillə üz-üzə gəlib və rəqibini darmadağınla məğlub edib. Eyni qrupda yer alan İtaliya seçməsi isə səfərdə Estoniyanın qonağı olub və çətin qələbə qazanıb.

K qrupunda Latviya evdə Andorranı sınağa çəkib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Albaniya seçməsi isə səfərdə Serbiyanın qonağı olub və minimal hesabla qalib gəlib.

DÇ-2026

Seçmə mərhələ

11 oktyabr

E qrupu

22:45 Bolqarıstan - Türkiyə - 1:6

Qollar: A.Gülər, 11, R.Kirilov, 13, V.Popov, 49 (a.q), K.Yıldız, 52, 56, Z.Çelik, 66, İ.Kahveci, 90+3

22:45 İspaniya - Gürcüstan - 2:0

Qollar:  Y.Pino, 24, M.Oyarzabal, 64

F qrupu

20:00 Macarıstan - Ermənistan - 2:0

Qollar: D.Lukacs, 56, Z.Qruber, 90+4

22:45 Portuqaliya - İrlandiya - 1:0

Qollar: R.Neveş, 90+1

I qrupu

20:00 Norveç - İsrail - 5:0

Qollar: E.Haland, 27, 63,72,  A.Xalali, 18, I.Naçmias, 28, 

22:45 Estoniya - İtaliya - 1:3

Qollar: M.Kin, 5, M.Retequi, 38, F.Esposito, 74, R.Sappinen,  76

K qrupu

17:00 Latviya - Andorra - 2:2

Qollar: M.San Nicolas, 33, D.Zelenkovs, 41, V. Qutkovskis, 55 (pen), I. Oliveira, 78

22:45 Serbiya - Albaniya - 0:1

Qollar: R.Manaj, 45+2







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi