14 may 2026. Cümə axşamı

“Menyan İslandiya ilə oyunda kapitan olacaq”


“Menyan İslandiya ilə oyunda kapitan olacaq”

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin yoxluğunda komandanın kapitan sarğısını Mayk Menyan daşıyacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "TF1" məlumat yayıb.

Mbappenin Azərbaycanla oyunda zədələnərək meydanı tərk etdikdən sonra kapitan sarğısı Menyana ötürülüb və qapıçı görüşün sonunadək komandanı kapitan kimi idarə edib. Məhz bu səbəbdən Deşam növbəti oyunda da bu vəzifəni ona həvalə edib.

“Mik kapitan olacaq. Kilyan meydanı tərk etdikdən sonra o, bu rolu üzərinə götürdü”

Fransa yığması 13 oktyabrda Reykyavikdə İslandiya ilə qarşılaşacaq. Mbappe 10 oktyabrda Azərbaycanla keçirilən oyunda (3:0) topuq nahiyəsindən yüngül zədə alıb. Ulduz hücumçu matçı sona qədər davam etdirə bilməyib və 83-cü dəqiqədə meydanı tərk edib.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı