- Dünya çempionatı
- 23:38 05.12.2025
Ukraynanın futbol üzrə milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandaya rəhbərlik edən Sergey Rebrov sabah keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb.Baş məşqçi bildirib ki, Azərbaycanla ilk oyunda etdikləri səhvləri təkrarlamaq istəmirlər və komandaya qələbə daha çox lazımdır:
“Birinci dəqiqədən mübarizə aparacağıq və maksimum gücümüzü ortaya qoyacağıq. Azərbaycanla oyunda hücum futbolu sərgiləyəcəyik. Biz bir top vurub müdafiədə oynamağı sevmirik. Daha çox qol vurmaq istəyirik və əsas məqsədimiz 3 xalı qazanmaqdır.”
Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərindəki stadionda keçiriləcək.