29 iyun 2026. Bazar ertəsi

Niderland yığması Finlandiyanı darmadağın etdi


Niderland yığması Finlandiyanı darmadağın etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 8-ci turunda Niderland və Finlandiya milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Amsterdamdakı “Yohan Kroyff Arena”da keçirilən qarşılaşmada meydan sahibləri 4:0 hesablı inamlı qələbə qazanıblar. Oyunun baş hakimi sloveniyalı Slavko Vinçiç olub.

Niderland millisinin qollarını Doniyel Malen (8-ci dəqiqə), Vircil van Deyk (17), Memfis Depay (38, penalti) və Kodi Qakpo (84) vurublar.

Bu qələbədən sonra Niderland 16 xalla G qrupuna liderlik edir. Finlandiya 10 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda Niderland noyabrın 14-də səfərdə Polşa ilə qarşılaşacaq. Finlandiya isə həmin gün doğma meydanda Maltanı qəbul edəcək.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi