29 sentyabr 2026. Çərşənbə axşamı

Fabio Kannavaronun rəhbərliyi altında Özbəkistan millisi ilk məğlubiyyətini alıb


Fabio Kannavaronun rəhbərliyi altında Özbəkistan millisi ilk məğlubiyyətini alıb

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komandanın sükanı arxasında ilk məğlubiyyətini yaşayıb.

90deqiqe.Az xəbər verir ki,  Asiya təmsilçisi bu gün Marselo Bielsanın çalışdırdığı Uruqvay yığmasına yoldaşlıq görüşündə uduzub.

Matç Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən “Bukit Calil” stadionunda keçirilib. Qarşılaşma Uruqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cənubi amerikalıların heyətində qolları Fakundo Torres və Xuan Sanabriya vurublar, Özbəkistan millisinin yeganə qoluna isə Ruslanbək Ciyanov imza atıb. Uruqvay millisinin heyətində Moskva “Dinamo”sunun futbolçusu Nikolas Marisal bütün oyunu meydanda keçirib.

Qeyd edək ki, Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsinə oktyabrın 6-da təyin olunub. Onun rəhbərliyi altında komanda ilk oyununda Küveyt üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər