26 mart 2026. Cümə axşamı

Erlinq Haaland Norveç millisinin düşərgəsindən ayrılıb


Erlinq Haaland Norveç millisinin düşərgəsindən ayrılıb

"Mançester Siti"nin 25 yaşlı hücumçusu Erlinq Haaland İsraillə keçirilən dünya çempionatı–2026-nın seçmə mərhələsində het-trik etdikdən sonra Norveç millisinin düşərgəsindən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Federasiyanın rəsmi saytında bildirilib ki, sıx oyun qrafikinə malik bir neçə futbolçu yığmanın düşərgəsini tərk edib: “Alexander Sörlot, Xulian Ryerson, Erlinq Haaland və Fredrik Bjorkan komandadan ayrılıb. Felix Horn Myhre isə topuq nahiyəsindəki ağrı səbəbindən yığmadan uzaqlaşıb.”

Qeyd edək ki, Norveç millisi oktyabrın 11-də İsrailə qarşı keçirilən oyunda 5:0 hesabı ilə qalib gəlib. Komanda oktyabrın 14-də Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"