26 mart 2026. Cümə axşamı

Stankoviç Serbiya millisinin baş məşqçisi postuna əsas namizəddir


Stankoviç Serbiya millisinin baş məşqçisi postuna əsas namizəddir

Moskva "Spartak"ının baş məşqçisi Deyan Stankoviç Serbiya milli komandasının yeni baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur.

90deqiqe.Az “TPK News”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin milli komandaya təyinatı ehtimalı onun Moskva klubundan ayrılması halında daha da artacaq. Bununla yanaşı, Serbiya millisinin baş məşqçiliyi üçün namizədlər siyahısında Miloş Miloyeviç və Jarko Lazetiçin də olduğu qeyd olunur.

Qeyd edək ki, oktyabrın 12-də Serbiya Futbol İttifaqı 60 yaşlı mütəxəssis Draqan Stoykoviçin milli komandanın baş məşqçiliyi postundan istefa verdiyini açıqlayıb.

Dejan Stankoviç 2024-cü ilin yayından bəri "Spartak"ı çalışdırır. Rusiya Premyer Liqasının 11 turundan sonra komanda 18 xalla altıncı pillədə qərarlaşıb.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"