4 fevral 2026. Çərşənbə

Kabo-Verde tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı


Kabo-Verde tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı

Bu gün Kabo-Verde yığması evdə keçirilən 2026-cı il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsində Esvatiniyə qarşı inamlı qələbə qazanıb – 3:0.

90deqiqe.Az xəbər verir ki, bu nəticə adalar dövlətinə tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandırıb.

Final fitindən sonra sevinc içində olan azarkeşlər meydançaya axışaraq komanda ilə birgə tarixi uğuru qeyd ediblər.

Kabo-Verde seçmə mərhələni 23 xalla başa vuraraq 19 xal toplayan Kamerunu qabaqlayıb və qrup lideri kimi turnirə yüksəlib.

Qeyd edək ki, Kabo-Verde dünya çempionatına vəsiqə qazanan tarixdəki ən az əhalisi olan ikinci ölkədir – bu göstərici üzrə yalnız 2018-ci ildə iştirak edən İslandiyadan geri qalır.

2026







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı