29 iyun 2026. Bazar ertəsi

Belçika Uels üzərində qələbə qazandı


Belçika Uels üzərində qələbə qazandı

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 8-ci turunda keçirilən Uels – Belçika oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Kardiff Siti” stadionunda oynanılan qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qalib gəlib. Matça almaniyalı hakim Daniel Zibert rəhbərlik edib.

Oyunun əvvəllərində meydan sahibləri hesabı açıb – Cyo Rodon Uelsi önə çıxarıb. Lakin artıq 18-ci dəqiqədə Kevin De Brüyne penaltidən fərqlənərək tarazlığı bərpa edib. 24-cü dəqiqədə Toma Menye Belçikanı önə çıxarıb.

İkinci hissədə yenə penalti zərbəsi ilə De Brüyne dublunu rəsmiləşdirib (76-cı dəqiqə). 89-cu dəqiqədə Natan Brodhed Uelsin fərqi azaltmasına nail olub, lakin 90-cı dəqiqədə Leandro Trossar “qırmızı şeytanlar”ın dördüncü qolunu vurub və yekun nəticəni müəyyənləşdirib – 4:2.

Növbəti turda Uels 15 noyabrda Lixtenşteyn, Belçika isə eyni tarixdə Qazaxıstan ilə qarşılaşacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi